Ermənilər Zabuxdakı evlərini yandırır – VİDEO

// ...Və normal qonşuluğa hələ də hazır olmadıqlarını göstərirlər

   Ermənilər Zabuxdakı evlərini yandırır –    VİDEO
  18 Avqust 2022    Oxunub:1925
Zabuxu tərk edən ermənilər oradakı evlərini yandırmaqda davam edirlər. Kənddə qanunsuz yaşayan Arman Ayrapetyan iki gün əvvəl evini tərk edərkən necə yandırmasının videosunu sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, məqsəd evini “düşmənlərə qalmasına imkan verməmək”dir.
Beləcə, ermənilər barbar xislətlərini ortaya qoymaqda davam edirlər. Özünə aid olmayan torpağı işğal edib, ora köçəndə bir gün oradan çıxarılacağını da düşünməlisən. “Düşmən” dedikləri isə həmin torpaqların əsl sahibləridir və onlar haranısa işğal etmək niyyətilə gəlmirlər, sadəcə, öz dədə-baba yurdlarına qayıdırlar. O yurdlarına ki, vaxtilə zorla qovulanda heç nəyi yandırmadan getmişdilər...

Təəssüf ki, ermənilər bu addımları ilə dinc, normal qonşuluq münasibətlərinə hələ də hazır olmadıqlarını göstərirlər.

Videoya baxanda bir məqam qaranlıq qalır: Ermənilər evi yandırmazdan qabaq unitazı çıxarıb, bellərinə şəlləməyə macal tapıblarmı?



Samir Quliyev
AzVision.az

Teqlər: Zabux  







Xəbər lenti