Ermənistan Azərbaycan torpaqlarında təlimlərə başladı

Ermənistan Azərbaycan torpaqlarında təlimlərə başladı
  30 Aprel 2014    Oxunub:902
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam rayonun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir.

Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər, Bərdə və Ağcabədi rayonlarında da eşidilir.


Teqlər:





Xəbər lenti