BƏƏ Prezidenti Pakistanın Baş Qərargah rəisini təltif etdi

   BƏƏ Prezidenti Pakistanın Baş Qərargah rəisini təltif etdi
  17 Avqust 2022    Oxunub:894
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Qamar Cavid Bachaya qardaş və dost ölkələrin yüksək rütbəli rəsmilərinə ölkənin ikinci ən yüksək mükafatı olan “İttifaq Ordeni”ni təqdim edib.
Bu barədə Khaleej Times məlumat yayıb. Nəşrin məlumatına görə, mükafat general Qamar Cavid Bachaya onun BƏƏ və Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi görkəmli səylərə görə təqdim edilib.

BƏƏ Prezidenti iki ölkə arasında əlaqələrin əhəmiyyətini və onların müxtəlif səviyyələrdə daha da möhkəmlənməsində qarşılıqlı marağı bir daha təsdiqləyib.

Bundan əvəl, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Qamar Cavid Bachaya krallığın ali mükafatı – Kral Əbdüləziz ordenini təqdim edib.


AzVision.az



Teqlər:





Xəbər lenti