Rusiya Ukraynaya nüvə atmayacaq - Şoyqu söz verdi

 Rusiya Ukraynaya nüvə atmayacaq -  Şoyqu söz verdi
  16 Avqust 2022    Oxunub:563
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın müharibənin gedişində nüvə silahından istifadə etməsi ehtimalından danışıb. AzVision.az xəbər verir ki, Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransında çıxış edən nazir Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyi planlaşdırmadığını deyib.
Şoyqu: "Qərbin Kiyevə verdiyi "super silah"lar haqqında mifi dağıtdıq"

- Buna ehtiyac yoxdur, çünki onun əsas məqsədi nüvə zərbəsinin qarşısını almaqdır, - Şoyqu deyib. Müdafiə naziri Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı iddiaları absurd adlandırıb.

Bundan əlavə, Şoyqu bildirib ki, Kiyev Rusiyaya qarşı hibrid müharibədə Donbasda dinc əhalinin ölümünə görə məsuliyyət daşıyan Qərbin birləşmiş qüvvələri tərəfindən idarə olunur. Onun sözlərinə görə, NATO Rusiyanın qarşıya qoyduğu xüsusi əməliyyatın məqsədlərinə nail olacağına şübhə etmir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Nüvə  







Xəbər lenti