Kraliçanın vəkili: `Britaniyada ASAN Xidməti məsləhət görəcəyik`

Kraliçanın vəkili: `Britaniyada ASAN Xidməti məsləhət görəcəyik`
  30 Aprel 2014    Oxunub:1127
“Biz Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və bu agentliyin ASAN Xidmət Mərkəzində də olduq. Biz ASAN Xidmətin fəaliyyətindən xeyli məmnun qaldıq”.

AzVision.az xəbər verir ki, bunu Bakı şəhərindəki “Qafqaz Point” otelində keçirilən “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfransda Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri, Böyük Britaniya Kraliçasının vəkili Adrian Hughes deyib.

O qeyd edib ki, vətəndaşların müxtəlif sənədləri – şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədləri vətəndaşlara xeyli asanlaşdırılmış şəkildə əldə etməsi üçün çox gözəl bir vasitədir: “Biz bunu Böyük Britaniyaya qayıdandan sonra faydalı təcrübə kimi məsləhət görəcəyik”.

A.Hughes Milli Məclisdə, Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında da olduğunu və bu görüşlərdən məmnun qaldığını vurğulayıb.

İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nicholas Fluck da Azərbaycanda keçirilən görüşləri, ölkədə aparılan hüquq islahatlarını müsbət dəyərləndirib.

Qeyd edək ki, “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Əli Hüseynli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri, Milli Məclisin deputatı Azay Quliyev, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış ediblər.

Çıxışçılar əsasən Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasının yaranması barədə danışmış, Böyük Britaniya və Azərbaycan Respublikasının hüquq sisteminin müqayisəli təhlilini aparmış, tədbirin əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, Britaniya - Azərbaycan Hüquqşünaslar Asossasiyası Böyük Britaniya və Azərbaycan arasında əlaqələri artırmaq və biznes imkanlarını dəstəkləmək üçün Britaniya Azərbaycan Hüquq Asossasiyası əlaqələri inkişaf etdirmək məqsədi ilə layihəni həyata keçirir; hər iki ölkədə hüquq peşəkarları arasında hüquqi təcrübə mübadiləsini asanlaşdırmaq. Asossasiya birliyin üzvləri arasında BB və Azərbaycanda seminarlar, konfranslar və təlimlər təşkil edəcək. Bu layihədə Azərbaycan və BB-dan hüquq mütəxəssisləri, hökumət və qeyri–hökumət təşkilatları iştirak edəcək.










Teqlər:  





Xəbər lenti