“Sülhməramlı qəza”: Qarabağda 4 qadının ölümünü Rusiya mediası necə təqdim edir – FOTO

      “Sülhməramlı qəza”:    Qarabağda 4 qadının ölümünü Rusiya mediası necə təqdim edir –    FOTO
  15 Avqust 2022    Oxunub:1340
Rusiya mediasının bütün günah və məsuliyyəti digər tərəfin üstünə atmaqdan ibarət iş prinsipi təkcə Ukraynada baş verənlərlə məhdudlaşmır. 13 avqust səhər saat 8:30-da Əsgəran-Xankəndi trassının Xanbağı kəndinin inzibati ərazisində baş vermiş rezonanslı yol-nəqliyyat hadisəsi buna əyani misaldır.
4 erməni qadınının həlak olduğu və bir sürücünün ağır yaralandığı qəzanı şərh edən rus KİV-ləri materiallarına "ВАЗ-2107 sülhməramlılarının maşınına çırpıldı (!), 4 nəfər həlak olub" başlığı qoyublar. Yəni elə ilk hərfdən günahı Qarabağ iqtisadi rayonunun Ballıca və Dağyurd kəndlərində qanunsuz yaşamış və yol hadisəsinin qurbanlarına çevrilmiş ermənilərin üzərinə atıblar.

Bir qədər sonra üzə çıxmış yeni fotosübutdan bəlli olduğu kimi, yol-qəza hadisəsinin günahkarı “Haval H9” markalı, yolsuzluq üçün nəzərdə tutulmuş avtomobili idarə edən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçusudur.



1.5 tonluq “ВАЗ-2107”ni yanından vurub, sürüyən 2.4 tonluq qara “Haval H9”un heç əyləc izi də görünmür, çünki o T-şəkilli qovşaqdan əsas yola çıxarkən soldan əsas yolla gələn nəqliyyat vasitəsini gözləməyib.

Amma bu açıq-aşkar qanun pozuntusu faktı Rusiya mediası üçün dəlil sayılmır. Cünki nəyin baş verməsindən asılı olmayaraq, rus hərbi qulluqçusu əsla günahkar deyil və ola da bilməz...

Hans Kloss
AzVision.az üçün

Teqlər: Qarabağ   Sülhməramlı   Qəza  







Xəbər lenti