Ermənilər Laçın və Zabuxda "özünümüdafiə təşkilatı" yaradırlar

   Ermənilər Laçın və Zabuxda "özünümüdafiə təşkilatı" yaradırlar
  08 Avqust 2022    Oxunub:1000
Xəbər verdiyimiz kimi artıq iki gündür ki, Laçının Zabux kəndində məskunlaşdırılmış ermənilərə ərazini tərk etmələri barədə xəbərdarlıq edilib. Bu gün isə ermənilər Laçın şəhəri və Zabux kəndinin "müdafiəsi" üçün "özünümüdafiə təşkilatı" yaratdıqlarını elan ediblər.
AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan Respublikasının “Demokratik Konsolidasiya” partiyası çağırış edib.

"Biz həqiqətən praktiki olaraq Laçın və Zabuxun qorunmasına töhfə verməyə hazır olan insanları yaşayış məntəqələrinin özünümüdafiəsinə qoşulmağa çağırırıq".

Partiya sədri Suren Petrosyanın artıq Zabuxda olduğu bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti