Hərbçimiz Kəlbəcərdə minaya düşərək həlak olub

   Hərbçimiz Kəlbəcərdə minaya düşərək həlak olub
  05 Avqust 2022    Oxunub:362
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

AzVision.az

Teqlər: Mina  







Xəbər lenti