Pirallahıda dərman istehsalı zavodu tikiləcək

Pirallahıda dərman istehsalı zavodu tikiləcək
  05 Avqust 2022    Oxunub:381
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.


Ümumi dəyəri 13,7 mln. manat olan layihədə AİŞ-in payı 20% təşkil edir. Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

AzVision.az

Teqlər:







Xəbər lenti