Ən gənc QHT sədri: "Prezidentin uğurlu gənclər siyasəti gələcəyə hesablanıb"

   Ən gənc QHT sədri:    "Prezidentin uğurlu gənclər siyasəti gələcəyə hesablanıb"
  05 Avqust 2022    Oxunub:989
"Cənab Prezidentin uğurlu gənclər siyasəti gələcəyə hesablanıb"
Bu fikirləri Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov 4 avqustda "Gənclərlə iş sahəsində mövcud imkanlar və gələcək perspektivlər" mövzusunda keçirilmiş mətbuat konfransında bildirib.

Məhəmməd Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

Qeyd edək ki, Məhəmməd Məmmədov 18 yaşında "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin idarə heyətinin sədri seçilib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsidir. Beynəlxalq Komputer Akademiyasının məzunudur.

Bildirək ki, Məhəmməd Məmmədov 2018-2019 - cu illərdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evində könüllülük proqramında iştirak edib. Daha sonra 2020-2021-ci illərdə Uşaq Səfirlər Məclisində Uşaq səfiri kimi fəaliyyət göstərib. 2021-2022 -ci illərdə isə 44 günlük vətən müharibəsindən sonra "Vətən Müharibəsi Əlillərinə Dəstək" Təşkilatında Layihələr Departamentinin rəhbəri vəzifəsini icra edib. 2022-ci ildən isə "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri vəzifəsini icra edir.

AzVision.az



Teqlər:





Xəbər lenti