Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
  05 Avqust 2022    Oxunub:1201
2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən bildirilib. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı ən çox verilən suallar və onların cavabları

AzVision.az



Teqlər:





Xəbər lenti