Tadevosyandan etiraf: "Qarabağ klanı ölkəmizi bir əsr geri atdı"

      Tadevosyandan etiraf:    "Qarabağ klanı ölkəmizi bir əsr geri atdı"
  05 Avqust 2022    Oxunub:880
“Erməni Milli Konqresi”nin idarə heyətinin üzvü Zoya Tadevosyan yerli mediaya diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, xanım siyasətçi işğaldan azad olunmuş Qarabağ ərazilərində baş vermiş son hadisələrə münasibət bildirərək əslində ermənilərin problemi həll etmək üçün zamanında ciddi şansları buraxdıqlarını etiraf edib.
"Xalq artıq Köçəryanın komandasından iyrənir" - Erməni deputat
- Dəfələrlə deyilib ki, Qarabağ problemi 1998-ci ildə həll oluna bilər. O, daxili satqınlar, manqurtların və Qarabağ klanının cinayətkarlarının hakimiyyəti ələ keçirmək üçün mənfur, məkrli planının reallaşması nəticəsində həll olunmadı.

Şərin qüvvələrin ölkəmizə daxil olması yalnız kədər və fəlakət, saysız-hesabsız maddi, mənəvi və insani itkilər gətirdi. Ermənistan bir əsrlik normal inkişaf yolundan kənara atıldı. Qarabağ məsələsi daşnakların, fanatiklərin fəal dəstəyi ilə həll olunmadı. Ölkə daxilindəki millətçilər şimalın(Rusiyanı nəzərdə tutr-red.) mənafeyinə xidmət etdilər və bu gün də xidmət edirlər, - erməni siyasətçi yaxın keçmişdə Ermənistan tarixində baş verənlərdən gileylənib.

O həmçinin qeyd edib ki, Qarabağ klanı və alyansı ermənilərin milli təhlükəsizliyinə əsas təhdid, dövlətçilik üçün ən böyük bəladır.

- Evimizin qapısını çəhrayı şimala açanlar bunlardır. Bütün bunlar bizim və uşaqlarımızın həyatı bahasına başa gəlir... Ermənistan xilası bu satqın birliklə bağlıdır. Üçüncü ölkələri günahlandırmaq faydasızdır və özünü aldatmaqdır. Qapını içəridən bağlı saxlayın və oğru axtarmayın, - Tadevosyan deyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır şəkildə məğlubiyyətlə üzləşən erməni cəmiyyəti hazırkı iqtidar Nikol Paşinyan hakimiyyətini qınamaqla yanaşı Qarabağ klanını da lənətləyir. Robert Koçaryan, Serj Sarkisyan, Ohanyan və digər klanın aparacı rəhbərlərinin mitinqlərlə yenidən hakimiyyətə yiyələnə bilməməsinin bir səbəbi də məhz geniş ictimayi nifrətin formalaşmasıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Klan  





Xəbər lenti