Estoniya rusiyalıların Aİ-yə girişinə qadağa qoyulmasını istəyir

   Estoniya rusiyalıların Aİ-yə girişinə qadağa qoyulmasını istəyir
  04 Avqust 2022    Oxunub:363
Estoniya növbəti sanksiyalar paketinə Rusiya vətəndaşlarının Avropa İttifaqına (Aİ) daxil olmaq üçün viza alışına qadağanın da daxil edilməsini zəruri hesab edir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.

“Rusiya vətəndaşlarına Aİ ərazisinə girmək üçün tələb olunan vizaların verilməsinə qadağa qoyulması növbəti sanksiyalar paketinə əlavə edilməlidir”, - Estoniya XİN başçısı Kiyevə səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu təşəbbüs Rusiyaya əlavə sanksiyalar və onun artan təcrid yolu ilə cavab verməyə imkan verəcək.

Bundan əvvəl isə U.Reynsalu Estoniya hökumətinin respublikaya daxil olan Rusiya vətəndaşlarını sərhəddə Ukraynada hərbi əməliyyatların pislənilməsi barədə rəsmi bəyanat verməyə məcbur edən qaydanın tətbiqi imkanını nəzərdən keçirildiyini qeyd etmişdi.

Teqlər:







Xəbər lenti