Türkiyədə mikroavtobus qəza törədib, ölən və yaralananlar var

   Türkiyədə mikroavtobus qəza törədib, ölən və yaralananlar var
  04 Avqust 2022    Oxunub:338
Türkiyənin Konya şəhərində mikroavtobusla yük maşını toqquşub.
AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə saat 18.30 radələrində Büyükkayacık sənaye bölgəsində qeydə alınıb.

Fəhlələri daşıyan mikroavtobus ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Polis hadisə yerində araşdırma aparır.

AzVision.az

Teqlər:







Xəbər lenti