“WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA - Daha bir YENİLİK

   “WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA -    Daha bir YENİLİK
  04 Avqust 2022    Oxunub:1508
“WhatsApp” messencerində qrup çatlarını tərk edən istifadəçilərin siyahısına baxmaq mümkün olacaq.

AzVision.az xəbər verir ki, yenilik iOS üçün messencerin ən son beta versiyalarından birində görülüb.

Belə ki, qrup üzvlərinin siyahısının sonunda son 60 gündə qrup çatından çıxan istifadəçiləri göstərən bölmə peyda olub.

Qeyd olunur ki, bu menyu təkcə çat administratoru üçün deyil, həm də çatın hər bir iştirakçısı üçün əlçatan olacaq.


“WhatsApp”ın standart versiyalarının istifadəçiləri üçün yeniliyin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.


Teqlər:





Xəbər lenti