Bəzi rayonlarda qaz olmayacaq

Bəzi rayonlarda qaz olmayacaq
  28 Aprel 2014    Oxunub:957
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Xızı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tərtər və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti