“ASAN xidmət”in əməkdaşları Avropada təcrübə keçəcək

“ASAN xidmət”in əməkdaşları Avropada təcrübə keçəcək
  26 Aprel 2014    Oxunub:808
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatı (AzeDer) arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az-ın məlumatına görə, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) sədrinin müavini Ülvi Mehdiyev və “AzeDer” Təşkilatı sədrinin müavini Abbas Məmmədov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar bu ilin sonunadək iki mərhələdə Avropa Parlamentində təcrübə keçəcəklər.

Həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclər də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində təcrübədə olacaqlar.


Teqlər:





Xəbər lenti