Türkiyə XİN Özbəkistanda baş verənləri yaxından izləyir

   Türkiyə XİN Özbəkistanda baş verənləri yaxından izləyir
  04 İyul 2022    Oxunub:984
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında baş verənlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

"Biz Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izləyirik. Ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan administrasiyası və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək.

Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik", - Türkiyə XİN-in bəyanatında bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti