"Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik" - Çavuşoğlu

   "Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik" -    Çavuşoğlu
  04 İyul 2022    Oxunub:599
"Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq".
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, buna ən çox mane olan Ermənistana olan təzyiqdir

Çavuşoğlu xüsusi nümayəndələrin heç bir vasitəçi olmadan müzakirələr apara bilməsinə də toxunub:

“İndiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Etimad yaradan bəzi addımlar atılıb. Can Azərbaycanla hər mərhələdə məsləhətləşərik".

AzVision.az

Teqlər:







Xəbər lenti