Alman haubitsaları Ukraynaya çatdırıldı – FOTOLAR

   Alman haubitsaları Ukraynaya çatdırıldı –    FOTOLAR
  04 İyul 2022    Oxunub:728
Almaniyanın Krauss-Maffei Wegmann şirkətinin 155 mm-lik “Panzerhaubitze 2000 (PzH 2000)” özüyeriyən artilleriya sistemləri artıq Ukraynadadır və döyüş bölgələrində görüntülənib.
Uzun müddət gözlənilən özüyeriyən haubitsalar naviqasiya, atəşin avtomatlaşdırılmış idarəetməsi, atəşin aşkarlanması, avtomatik yanğınsöndürmə və kütləvi qırğın silahından müdafiə sistemlərilə təchiz olunub. Doldurulma mexaniki şəkildə aparılır.


Arsenalında 60 atım yığımı olan “Panzerhaubitze 2000” özüyeriyən sisteminin atış tempi dəqiqədə 10 mərmiyə çata bilər. 30 km. məsafədə məhv edəcəyi hədəflər isə onu kontr-batareya mübarizəsində əlçatmaz edir. PzH 2000 haubitsasının dünya rekordu 56 km.-a bərabərdir. Bu atış Çənibi Afrikada xüsusi aktiv-reaktiv mərmi ilə gerçəkləşdirilib.


Bugünə qədər qərb koalisiyası Ukrayna savaş meydanına NATO kalibrində İtaliyanın FH70 özüyeriyən top-haubitsalarını, ABŞ-ın qoşqulu “M777” və özüyeriyən “M109A7 Paladin” haubitsalarını, Polşanın “AHS Krab” özüyeriyən artilleriya sistemlərini, Fransanın Renault təkərli platformasında yerləşdirilən “CAESAR” və “Tatra 815” bazalı Slovakiyanın zirehli “ShKH Zuzana” haubitsalarını çatdırıb. “PzH 2000” isə bu sıranı bir az da gücləndirməli, Ükrayna ordusunun atəş üstünlüyünü təmin etməlidir.

Hans Kloss

Teqlər: Müharibə  







Xəbər lenti