Heydər Əliyev Mərkəzi şəhid ailələrinə qucaq açdı – FOTOLAR+VİDEO

   Heydər Əliyev Mərkəzi şəhid ailələrinə qucaq açdı –    FOTOLAR+VİDEO
  28 İyun 2022    Oxunub:1251
Heydər Əliyev Fondu və Mərkəzi heç bir bayramda Şəhid yaxınlarını diqqətsiz qoymur. Bu dəfə Silahlı Qüvvələr Günündə Heydər Əliyev Mərkəzi "Mənim atam qəhrəmandır" layihəsinə ev sahibliyi edib. 10-cu ildönümü qeyd olunan Mərkəzin açıq hava tədbirləri üçün nəzərdə tutulmuş hissəsində 300-ə yaxın şəhid anası yüksək səviyyədə qarşılanıb.

Tədbirin aparıcısı Lalə Azərtaş şəhid analarının fədakarlığından bəhs edərək bildirib ki, bizim saçına boya dəyməsə də, qürurdan rənglənən, nurlanan günəş kimi analarımız var: “Vətənə general, polkovnik, 1 evdən qoşa əsgər balalar, cəngavərlər qurban vermiş ananlar kimi... Bu analar neçə-neçə gənc qadının dünyaya belə oğullar gətirib, böyütmələrinə stimul olacaq, minlərlə qəhrəmanlar doğulacaq!



Ən çox fəxr və fərəh hiss etməli olanlar tarixi şəxsiyyətlərimizi, qəhrəman əsgərlərimizi dünyaya gətirən, hələ bətnlərində hisslərinə Vətən eşqi qatan, laylalarında torpaq sevdasından oxuyan, onları milli ruhda böyüdən, məmləkət sevgisi ilə tərbiyə edən ANALARDIR”.



Qeyd edək ki, tədbirin digər aparıcıları Murad Dadaşov, Nərgiz Cəlilova və Kamilə Babayeva olublar.


“Fire Land Production”un rəhbəri, vətənpərvərlik mahnılarına yazdığı sözlərlə tanınan Cəlal Qurbanov vurğulayıb ki, tədbirin təmtəraqlı təşkili üçün Heydər Əliyev Mərkəzi dəstəyini əsirgəməyib.

“Tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə Anar Ələkbərova xüsusi təşəkkürlərimizi bildiririk”,- o, İnstagram hesabında yazıb.



Şəhid yaxınları hər zaman Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyini hiss edib, onlara olan qayğı şəhid əmanətlərini duyğulandırır.





Teqlər: İgidlik-Məktəbi  







Xəbər lenti