Litva XİN: “NATO şərqdə hərbi varlığını artırmalıdır”

  Litva XİN:  “NATO şərqdə hərbi varlığını artırmalıdır”
  27 İyun 2022    Oxunub:432
NATO şərq sərhədlərində hərbi mövcudluğunu batalyon səviyyəsindən briqada səviyyəsinə qədər artırmalıdır .
AzVision.az xəbər verir ki, bu fikri Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis Britaniyanın “The Sunday Telegraph” qəzetində dərc olunmuş müəllif məqaləsində bildirib.

Onun sözlərinə görə, gələn həftə NATO-nun sammiti zamanı alyansın Rusiyaya münasibəti coğrafi, milli xüsusiyyətlər nəzərə alınmaqla şərq sərhədlərində müdafiə və çəkindirmə qabiliyyətinin artırılmasına doğru irəliləməlidir.

“Müttəfiqlərin, xüsusən də briqada səviyyəsinə çatdırılmalı olan quru qoşunlarının çoxdomenli mövcudluğunu genişləndirməliyik. Biz həmçinin müttəfiq qüvvələrin vaxtında gücləndirmə təmin edə biləcəyi yaxşı əlaqələndirilmiş, döyüşə hazır qüvvələrin yerdə olmasını təmin etməliyik. Bundan əlavə, komandanlıq və idarəetmə sistemini təkmilləşdirmək, hava və raket hücumundan müdafiəni gücləndirmək, sursat, texnika və yanacağın ilkin olaraq regionda yerləşdirilməsini təmin etmək, infrastrukturu yaxşılaşdırmaq və qoşunların hərəkətliliyini artırmalıyıq”.

AzVision.az

Teqlər:







Xəbər lenti