"2023-cü il daha pis ola bilər” - BMT Baş katibindən qlobal aclıq XƏBƏRDARLIĞI

   "2023-cü il daha pis ola bilər” -    BMT Baş katibindən qlobal aclıq XƏBƏRDARLIĞI
  24 İyun 2022    Oxunub:1070
“Bu il bir çox yerdə qıtlığın elan olunması ilə bağlı real risklər var və 2023-cü il daha pis ola bilər”.
AzVision.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş "Twitter"də bildirib.

BMT Baş katibi qeyd edib ki, bu problemə koordinasiya olunmuş və çoxtərəfli şəkildə cavab vermək üçün güclü siyasi və özəl sektorda liderlik vacibdir.

“21-ci əsrdə kütləvi aclığı və qıtlığı qəbul edə bilmərik”, - o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti