Bakıda ölən Rusiyanın keçmiş dövlət katibi dəfn olundu

   Bakıda ölən Rusiyanın keçmiş dövlət katibi dəfn olundu
  23 İyun 2022    Oxunub:804
Rusiyanın keçmiş dövlət katibi və Baş nazirin müavini Gennadi Burbulis Moskvanın Troyekurovsk qəbiristanlığında dəfn olunub.
Bildirilib ki, qəbiristanlığın dəfn evinin Böyük vida zalında mərasim keçirilib. Xatırladaq ki, o, IX Qlobal Bakı Forumunda iştirak edib. 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci il avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk Prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti