Azərbaycanda 10 ildə 7 aeroport tikilib

Azərbaycanda 10 ildə 7 aeroport tikilib
  24 Aprel 2014    Oxunub:2330
`Son 10 il ərzində 7 aeroport tikilib. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib`. Bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışındakı çıxışı zamanı deyib.
Prezident bildirib ki, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir:
- Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmayıb. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. AZAL-ın bu gün hava parkı "Boeing", "Airbus", "Embraer" təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz var və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan "Airbus A 380" də enə və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcəkdir.


Teqlər:  





Xəbər lenti