Ermənistan: “Xəbərimiz yoxdur”

Ermənistan: “Xəbərimiz yoxdur”
  05 Aprel 2013    Oxunub:1633
Erməni mətbuatında itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı məlumat olmadığı açıqlanıb.
Ermənistan aprelin 2-də cəbhə xəttində meşədə itkin düşən Qazax rayonunun Xanlıqlar kənd sakini Kərimov Sabir Mühit oğlu ilə bağlı açıqlama yayıb. Açıqlamaya əsasən, Ermənistan tərəfin Kərimov Sabir barədə heç bir məlumatları yoxdur.

AzVision.az xəbər verir ki, Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiyanın işçi qrupunun rəhbəri Armen Kaprielyan Azərbaycan vətəndaşının Ermənistan ərazisində olması ilə bağlı hər hansı informasiyaya malik deyillər.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova artıq bu faktla bağlı Azərbaycanın Dövlət Komissiyası artıq BQXK-ya müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti