Erməni beyni gücə düşəndə... – Ədalət Verdiyevin cavabı

   Erməni beyni gücə düşəndə... –    Ədalət Verdiyevin cavabı
  30 May 2022    Oxunub:2971
Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmiləri son iki bəyanatları ilə növbəti antirekorda imza atdılar. Bu dəfə 30 il ərzində 13.500 kv.km Azərbaycan ərazisini işğalda saxlayaraq darmadağın edən Ermənistanın xroniki beyin azlığından əziyyət çəkən rəsmiləri hansısa 45 kv.km qədim türk torpağının guya Azərbaycanın nəzarətində olması faktına görə ("Sotk-Xoznavar" dedikləri ərazini nəzərdə tuturlar) tumanlarını başlarına keçirdilər. Əgər qonşunun ərazisini nəzarətdə saxlamaq yaxşı hərəkət deyilsə, o zaman Ermənistan 45 kv.km-dən 300 dəfə böyük ərazini həm də 30 il ərzində və darmadağın etməklə niyə işğal altında saxlayırdı? Siyasətdə həyasızlıq mümkündür, amma bu qədər də olmaz.
Ermənistanın Xarici İşlər Nazirliyinin digər antirekordu sıravi əsgər David Vardanyanın ölümü ilə bağlıdır. Bu narahatlıq əslində heç anlaşılan deyil. Azərbaycan tərəfi 23 mayda Ermənistanın fərari ordusunun əsgəri Eduard Arturoviç Martirosovu qırmızıyanaq vəziyyətdə İrəvana sağ-sağlam qaytarırsa, bundan 5 gün sonra Vardanyanı niyə zərərsizləşdirməli idi? Bu hansı məntiqə uyğundur?

Silahlı ermənini zərərəsizləşdirəndə Azərbaycan tərəfi bunu elan etməkdən çəkinməyib və çəkinməyəcək. Azərbaycanın məqsədi işğalçı erməni əsgərlərin sayını azaltmaqdan ibarət olsaydı, Eduard saxlanılmazdı, saxlanılsaydı belə, sağ qaytarılmazdı. Odur ki, erməni tərəfinin iddiaları məntiqə sığmır və absurddur.

Azərbaycana qarşı əsassız iddiaların ucbatından “Erablur” panteonunda hər gün onlarla erməni əsgərini basdıranlar bir nəfər Vardanyana görə elə hay salıblar ki, sanki bunların yetim-yesir erməni xalqına canları yanır. Halbuki Ermənistanda yaxşı vəzifələr, yağlı mövqelər, deputat və nazir kürsüləri hakimiyyətə yaxın imkanlılar, döyüş, ordu və ölüm isə daim kasıb ermənlər üçün olub. Hazırda erməni silahlıları həm sərhəddə, həm də Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində ərazilərində ən böyük problemi məhz təhlükəsizliklə bağlıdır. Belə olmasaydı Azərbaycandan olan jurnalistlər İrəvanın mərkəzindən silsilə kadrlar yayımlaya bilməzdilər.

Odur ki, İrəvanda Ermənistanın əzişdirilməsi və alçaldılması prosesinin başa çatmasını həqiqətən də istəyənlər varsa, o zaman axmaq bəyanatlarından əl çəkməlidirlər. İrəvan rəsmiləri birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsini, o çümlədən sərhədlərin müəyyənləşdirilməsini sürətləndirmək və sülh sazişini imzalamaq üzrə real addımlar atmalıdırlar. Əks halda Azərbaycanın gözləmək üçün ayırdığı səbr limitinin bitməsi növbəti dəfə Əsgərimizin Zəngəzurdan eşidilən ayaq səsləri ilə müşaiyət olunacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Erməni-xəstəliyi  





Xəbər lenti