Nazirlikdən 1 milyonluq cərimə

Nazirlikdən 1 milyonluq cərimə
  21 Aprel 2014    Oxunub:1142
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 aprel 2014-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlik AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 186 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 53 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 54 iş üzrə 1018180 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 59825.65 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 160 iş üzrə 50009.31 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.


Teqlər:





Xəbər lenti