Qəbələdə Pasxa bayramı qeyd olundu

Qəbələdə Pasxa bayramı qeyd olundu
  21 Aprel 2014    Oxunub:1091
Bütün xristian aləmində olduğu kimi Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, icma üzvləri və kənd sakinlərinin qatıldığı qəsəbənin “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində ilk əvvəl şamlar yandırılıb, dualar oxunub.

Qeyd edək ki, Qəsəbədə 3 kilsə var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.


Teqlər:  





Xəbər lenti