Nazirlikdə iki yeni təyinat

Nazirlikdə iki yeni təyinat
  20 Aprel 2014    Oxunub:1128
Bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyində üç şöbə müdirinin işdən çıxarıldığını xəbər vermişdik.

AzVision.az Modern.az-aistinadən xəbər verir ki, nazir Heydər Əsədovun əmri ilə həmin vəzifələrdən ikisinə yeni təyinatlar həyata keçirilib.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev gətirilib.
İqtisadiyyat və maliyyə şöbəsinin müdiri postu isə Mikayıl Nuriyevə həvalə olunub.

Qeyd edək ki, bu yaxınlarda Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov, Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Teqlər:  





Xəbər lenti