Ərdoğan Yunanıstanın Baş nazirini sərt tənqid etdi

      Ərdoğan Yunanıstanın Baş nazirini sərt tənqid etdi
  23 May 2022    Oxunub:1486
“Mənim üçün artıq Mitsotakis (Yunanıstanın baş naziri Kiriakos Mitsotakis - Red ) deyə kimsə yoxdur. Onunla görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq”. AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra deyib.
Onun sözlərinə görə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis keçən həftə ABŞ senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış edib: "Halbu ki, görüşümüz zamanı ölkələrimiz arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməyə icazə verməyək deyə razılığa gəldik".

O, həmçinin Finlandiya və İsveçin NATO-ya qəbul olması ilə bağlı rəsmi Ankarının mövqeyinin dəyişmədiyini bildirib: "Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər. Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək".

AzVision.az



Teqlər: Türkiyə   Yunanıstan  





Xəbər lenti