Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı

   Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı
  23 May 2022    Oxunub:1120
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti