Əfv Komissiyasının sonuncu iclası keçirildi, siyahı Prezidentə təqdim ediləcək -YENİLƏNİB
Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.
Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.
***
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
AzVision.az -ın xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.
AzVision.az
Teqlər: Əfv