Şəhriyar məğlub oldu

Şəhriyar məğlub oldu
  13 May 2022    Oxunub:274
Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turniri davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da yarışda növbəti görüşünü keçirib. Dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Lenyer Domingesə 43-cü gedişdə uduzub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic"in qalibi Şəhriyar Məmmədyarov olub.

AzVision.az

Teqlər:







Xəbər lenti