Bu il Azərbaycana ən çox ruslar gəlib

 Bu il Azərbaycana ən çox ruslar gəlib
  13 May 2022    Oxunub:320
Bu ilin ilk 4 ayında Azərbaycana əsasən 15 ölkənin 300 483 vətəndaşı səfər edib.
Bu barədə AzVision.az -a Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, siyahıda ilk üç yeri 86 644 nəfərlə Rusiya, 83 517 nəfərlə Türkiyə və 48 694 nəfərlə İran tutub.

Növbəti yerlərdə 20 038 nəfərlə Gürcüstan, 10 419 nəfərlə Ukrayna, 8 572 nəfərlə Səudiyyə Ərəbistanı, 7 919 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri, 6 351 nəfərlə Pakistan, 6 170 nəfərlə Hindistan, 4 943 nəfərlə Qazaxıstan, 4 289 nəfərlə Küveyt, 4 073 nəfərlə Birləşmiş Krallıq, 3 069 nəfərlə Almaniya, 2 954 nəfərlə Özbəkistan və 2 831 nəfərlə İsrail qərarlaşıb.

AzVision.az

Teqlər: Turist  







Xəbər lenti