“Evimi sökdülər” deyən şəhid anasına mənzil verilibmiş - Sənəd

 “Evimi sökdülər” deyən şəhid anasına mənzil verilibmiş -  Sənəd
  13 May 2022    Oxunub:1909
Xəbər verdiyimiz kimi, şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Daha sonra Sabunçu icra başçısı Adil Vəliyev açıqlama verərək, həmin ərazidə qeyri-yaşayış obyekti tikildiyini və şəhid anasına Ramana qəsəbəsində daha əvvəl mənzil verildiyini bildirib.
AzVision.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, Mehriban Abdurahmanlıya 2021-ci ilin sentyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayon Ramana qəsəbəsində tam təmirli, 3 otaqlı mənzil verilib. Mənzil qəsəbənin Yeni yaşayış kompleksi adlanan ərazisində yerləşib. M. Abdulrahmanlı həmin mənzili təhvil aldığını da öz imzası ilə təsdiq edib.

Qeyd edək ki, bu gün yayılan görüntülərdə Mehriban Abdurahmanlı iddia edib ki, ona məxsus fərdi yaşayış evi Sabunçu RİH başçısı tərəfindən sökdürülüb. İcra başçısı Adil Vəliyev isə orada Amil Əliyev adlı şəxsin şəhid ailəsinin adından istifadə edərək obyekt tikmək istədiyini bildirmişdi. İcra başçısının sözlərinə görə, tikintiyə icazə almaqdan ötrü Amil Əliyev şəhid anasına 1000 manat pul verib.

Xatırladaq ki, şəhid anasının bu davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və onun statusundan istifadə edərək bu cür üsullara əl atması tənqid olunub.



AzVision.az



Teqlər:





Xəbər lenti