Tahir Əmiraslanov: "Jurnalist yozmalarına inanmayın"

      Tahir Əmiraslanov:    "Jurnalist yozmalarına inanmayın"
  13 May 2022    Oxunub:933
"Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər".
AzVision.az xəbər verir ki, bunu Tahir Əmiraslanov "Facebook" səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentidir və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışacaq.

"Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram. 4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var və 2019- cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verilməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqavilənı dəstəkləyir. Biz dövlət və milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik. Başqa jurnalist yozmalarına inanmayın".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti