Qurban Qurbanova Qarabağ “Zəfər” saatı hədiyyə edildi - Fotolar
Əqrəblərində Azərbaycan bayrağının rəngləri əks olunan, üzərində Azərbaycan sözü həkk olunan saatın X, XI rəqəmləri 10.11 tarixini yəni – Zəfər Gününü bildirir! Məhdud sayda 279 ədəd buraxılışı isə 27.9 tarixini - 44 günlük Vətən Müharibəsinin başlamasını simvolizə edir.
Məlumat üçün bildirək ki, saatın vizualı “Türk Dünyası Ali Ordeni”nin dizayneri Adəm Yunisova aiddir.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Ötən ay isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
AzVision.az
Teqlər: