Bayden Şimali Koreya ilə sərhədə gedə bilər

   Bayden Şimali Koreya ilə sərhədə gedə bilər
  13 May 2022    Oxunub:191
Amerika Birləşmiş Ştatları hesab edir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) bu ayın əvvəlində yeni nüvə sınağı keçirə bilər.
AzVision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Sınaqları gözləməyimizə gəlincə, Amerika Birləşmiş Ştatları KXDR-in bu ayın əvvəlində sınaq keçirməyə hazır ola biləcəyini təxmin edir. Bu, ardıcıl yeddinci belə sınaq olacaq. Biz bu məlumatı müttəfiqlər və tərəfdaşlarla paylaşmışıq və onlarla sıx əməkdaşlıq edirik”, - o deyib.

ABŞ prezidenti Cozef Baydenin mayın 20-24-də Cənubi Koreya və Yaponiyaya planlaşdırılan səfərindən danışan Psaki Ağ Ev sahibinin digər məsələlərlə yanaşı, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı hərbsizləşdirilmiş zonaya da baş çəkə biləcəyini istisna etməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  







Xəbər lenti