Estoniyanın baş naziri NATO-nun təkliflərini tənqid etdi

   Estoniyanın baş naziri NATO-nun təkliflərini tənqid etdi
  13 May 2022    Oxunub:305
“Ölkəmizin müdafiəsini gücləndirmək üçün NATO-dan təkliflər almışıq. Təfərrüata varmayacağam, amma bu, bizi qane edəcək bir şey deyil”.
AzVision.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas bildirib. Onun sözlərinə görə, NATO hücum riskinin səviyyəsini nəzərə almayaraq, alyansın bütün ölkələrinin qayğısına qalmağa çalışır:
“Aydındır ki, Portuqaliyaya qarşı təcavüz təhlükəsi Baltikyanı ölkələrlə eyni deyil. Ona görə də hamının nəyisə alacağı prinsipini rəhbər tutmaq olmaz, amma digərlərindən daha çox ehtiyacı olan ölkələrin müdafiəsini gücləndirmək lazımdır”. Kallas əlavə edib ki, o, NATO liderlərini Estoniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyinə inandırmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Estoniya  







Xəbər lenti