Aİ və ABŞ səhiyyə sahəsində əməkdaşlığı gücləndirəcək

Aİ və ABŞ səhiyyə sahəsində əməkdaşlığı gücləndirəcək
  13 May 2022    Oxunub:229
Avropa İttifaqı və ABŞ qlobal sağlamlıq təhlükəsizliyi arxitekturasını təkmilləşdirmək üçün ikitərəfli əməkdaşlığı gücləndirəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Vaşinqton tərəfindən təşkil edilən COVID-19 ilə mübarizə üzrə beynəlxalq onlayn sammit çərçivəsində yaydığı birgə bəyanatda deyilir. Sənəddə vurğulanır ki, tərəflər gündəliyin beş əsas məqsədinə nail olmaq üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi sıx beynəlxalq əməkdaşlıq tələb edir, ABŞ və Aİ COVID-19 üzrə iştirakı gücləndirmək üçün prioritet qlobal fəaliyyət planı da daxil olmaqla, bu məqsədlə birgə işləməyə sadiqdirlər.

Liderlər həmçinin ÜST-də pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri ilə bağlı konvensiya, razılaşma və ya digər beynəlxalq sənəd və pandemiya ilə mübarizə üçün qlobal qaydalar kitabını gücləndirmək üçün Beynəlxalq Səhiyyə Qaydalarına məqsədyönlü düzəlişlər əldə etmək üçün birlikdə çalışacaqlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ    







Xəbər lenti