Obamayla Putin görüşəcək

Obamayla Putin görüşəcək
  04 Aprel 2013    Oxunub:1269
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama iyun ayında görüşəcəklər.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər Şimali İrlandiyada keçiriləcək «Böyük-8»-lərin zirvə toplantısında görüşəcəklərini razılaşdırıblar. Y.Uşakov qeyd edib ki, Rusiya tərəfi görüşün təşkili üçün şaddır.

Qeyd edək ki, Zirvə toplantısı bu il iyunun 17-18-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti