Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  17 Aprel 2014    Oxunub:891
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həbsxanada cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2; 126.2.4; 178.1; 215.2.1; 215.2.4; 215.2.7; 221.2.1; 221.2.2; 221.3; 317-2.1; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Samir Mirzə oğlu Əhmədova vətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Bu zaman əşyaların arasında olan ayaqqabı təmizləmək üçün süngərin altında gizlədilmiş, xalis çəkisi 1,226 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 221.3; 29, 120.2.2; 29, 120.2.10; 66.3 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rafiq Cuma oğlu Ramazanova vətəndaş Xəyyam Rasim oğlu Nağızadənin göndərdiyi sovqata baxış keçirilən zaman 3 ədəd “Davidoff” siqaret qutusunun alt hissəsində gizlədilmiş 2 ədəd “Azercell” və 1 ədəd “Bakcell” danışıq kartları aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti