AMEA İslama aid yeni lüğət hazırlayıb

AMEA İslama aid yeni lüğət hazırlayıb
  15 Aprel 2014    Oxunub:1057
Azərbaycan Milli Elmlər Akademiyasının ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı “İslam-ensiklopedik lüğət” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
AzVision.az xəbər verir ki, Fil. üzrə e.d., professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.

Lüğət, “İslam. Ensiklopediçeskiy slovar” Moskva, “Nauka”, QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb. Kitab dinşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.

Fatimə


Teqlər:  





Xəbər lenti