Netanyahudan Türkiyəyə sayğısızlıq

Netanyahudan Türkiyəyə sayğısızlıq
  04 Aprel 2013    Oxunub:1503
Netanyahunun nümayəndələri Türkiyə ilə danışıqlara hazırlaşır
İsrailin baş naziri Benyamin Netanyahunun xüsusi təmsilçiləri 2010-cu ildə “Mavi Mərmərə” gəmisində baş vermiş insident zamanı qətlə yetirilmiş Türkiyə vətəndaşlarının ailələrinə kompensassiya verilməsilə bağlı məsələləri razılaşdırmaq üçün Türkiyəyə səfərə hazırlaşır.

Yeni Şərq qəzetinin verdiyi məlumata görə, Netanyahunu bu danışıqlarda milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yakov Amidror və Yosef Çexanover təmsil edəcəklər.

İsrailli təmsilçilərin Ankaraya aprelin 11-də səfər edəcəkləri planlaşdırılır.

Qəzet yazır ki, qətlə yetirilmiş türklərin ailələrinə kompensassiyanın miqdarı ilə bərabər, sözügedən əməliyyatda iştirak etmiş israilli hərbiçilərə qarşı Türkiyənin irəli sürdüyü bütün məhkəmə iddialarını geri götürməsi də müzakirə ediləcək.

Baş nazir Netanyahunun nümayəndələrinin səfərinin missiyasının “Mavi Mərmərə” insidentilə bağlı İsraillə Türkiyə arasında yaranmış problemləri aradan qaldırmaq və iki ölkə arasında ənənəvi dostluq münasibətlərini bərpa etmək olduğu bildirilir.

Qeyd edək ki, 2011-ci ilin dekabrında İsrail Müdafiə Nazirliyi "Mavi Mərmərə" qətliamını həyata keçirərkən yaralanan 3 İsrail əsgərinə "müharibə veteranı" adını vermişdir. Yaralanan əsgərlər "Şetayet 13" adlı xüsusi komando qrupuna aid olublar.

Xatırladaq ki, Fələstinə yardım aparan "Mavi Mərmərə" gəmisinə qarşı həyata keçirdikləri əməliyyat zamanı İsrail əsgərləri 9 Türkiyə vətəndaşını şəhid etmişdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti