DİN İlham Mirzəyevin həbsini TƏSDİQLƏDİ

DİN İlham Mirzəyevin həbsini TƏSDİQLƏDİ
  11 Aprel 2014    Oxunub:1132
Daxili İşlər Nazirliyi məşhur teleaparıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
DİN-nin mətbuat xidmətinin şöbə rəisinin müavini, polis polkovniki Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb.

E.Zahidov onu da əlavə edib ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında bu gün Bakı şəhər sakini İlham Mirzəyev polis tərəfindən saxlanılıb.

Hazırda qaldırılan cinayət işi üzrə istintaqa başlanılıb.

Qeyd edək ki, İlham Mirzəyev "Space" telakanalının "Etiraf" proqramının aparıcısıdır. O həm də baxıcı kimi də ictimaiyyət arasında məşhurdur.

Sevinc


Teqlər:  





Xəbər lenti