DİN-dən məşhur teleaparıcı ilə bağlı Açıqlama

DİN-dən məşhur teleaparıcı ilə bağlı Açıqlama
  11 Aprel 2014    Oxunub:903
“Bu saata qədər İlham Mirzəyevin saxlanılması ilə bağlı bizdə rəsmi məlumat yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanması barədə xəbərə münasibət bildirərkən deyib.

DİN-in rəsmisi qeyd edib ki, araşdırmalardan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, mətbuatda tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı haqda xəbərlər yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti