Armavia işçiləri etirazlara başlayıb
Ümumilikdə isə Ermənistan özü aviaşirkətsiz qalıb. Bu halın isə onsuz da ağır olan ölkə iqtisadiyyatına daha böyük zərbə vurulacağı bildirilir.
Ermənistan rəhbərliyi isə bu günkü açıqlamasında Armavianın borclu olduğu 30 milyon dollar borcun hökumətə qaldığını, iflas səbəbindən Armavianın bu borcu ödəmək qabiliyyətində olmadığını deyir. Şirkət isə sərnişinlərin aldıqları biletlərinin pulunu geri qaytaracağını bildirir.
Bu arada “Armavia”nın bağlanması səbəbindən bir sıra aviaşirkətlər əlavə reyslər həyata keçirməyə məcbur qalıb.