Kerri yenə Türkiyəyə gedir

Kerri yenə Türkiyəyə gedir
  03 Aprel 2013    Oxunub:1437
Türkiyə mətbuatı tərəflərin görüşünün tarixi və yeri haqqında dəqiq məlumat vermir.
Türkiyənin baş naziri Rəcəb tayyib Ərdoğanın Amerika səfərindən öncə, ABŞ Dövlət Departamentindən açıqlama gəlib.

AzVision.az xəbər verir ki, açıqlamada Dövlət Departamentinin katibi Con Kerrinin gələn həftə Türkiyəyə səfər edəcəyi bildirilir. Səfər zamanı onun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcəyi istisna olunmur.

Qeyd edək ki, bu səfər bir ay içərisində Con Kerrinin Türkiyəyə ikinci səfəri olacaq.


Teqlər:  





Xəbər lenti