Şəhid əsgərimiz dəfn olundu

Şəhid əsgərimiz dəfn olundu
  09 Aprel 2014    Oxunub:1036
Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan ƏSGƏR

AzVision.az-ın məlumatına görə, Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov bu gün son mənzilə yola salınıb. Dəfn mərasimdinə Gəncə şəhər rəhbərliyi, hərbiçılər, hərbi orkestr və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəallarının “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən sağolsun!” şüarları və yaylım atəşlərinin sədaları ilə cəsur əsgər Seyfəddin Kərimov torpağa tapşırıldı, ruhuna dualar oxundu.

Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn Seyfəddin Kərimov Yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi hesab edən Kərimov dost-tanışları arasında və şəhərin idman həyatında böyük hörmət qazanıb.

Sabah 19 yaşının tamam olduğu ən fərəhli günündə Seyfəddin Kərimov şəhidlik zirvəsində özünə yer aldı.


Teqlər:  





Xəbər lenti